Gənclər üçün Elektron Hökumət müsabiqəsinə start verilir

14 2017 [16:08] - YouthPortal.Az

Noyabrın 10-da “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib.
Youthportal. az xəbər verir ki, müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir. Müsabiqə Elektron hökumət portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
Müsabiqə 4 nominasiya üzrə keçirilir.

Elektron Hökumətin təbliği üzrə ən yaxşı hüquqi şəxs;

Elektron Hökumətin təbliği üzrə ən yaxşı fiziki şəxs;

Regionda yaşayan gənclər arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat;

Dövlət xidmətlərinin elektronlaşdırılması və e-gov.az Elektron hökumət portalının inkişafı üzrə ən yaxşı təklif nominasiyası;

Müsabiqə üzrə sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.
Müsabiqəyə buradan qeydiyyatdan keçə bilərsiniz.
Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Dekabrın 26-da keçiriləcək Gənclər üçün Elektron Hökumət konfransında müsabiqənin qalibləri elan ediləcək və təşkilatçı qurumların qiymətli hədiyyələri ilə təltif ediləcəklər.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun