Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib

14 2017 [15:51] - YouthPortal.Az

07 noyabr 2017-ci il tarixdə Beynəlxalq İstək Liseyinin idman zalında “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib.
Yarışın keçirilməsində məqsəd 9 noyabr Dövlət Bayrağı Gününü qeyd etmək, məktəbliləri stolüstü tennis idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Yarışda rayonun 13 məktəb komandası tərkibində 65 nəfər məktəbli (onlardan 26 nəfəri qızlar olmaqla) iştirak etmişdir.
Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri İstək liseyin komandası, II yeri 258 saylı tam orta məktəbin komandası, III yeri isə Ankara məktəbi məktəb-liseyin komandası tutmuşlar.
Qalib komandaların üzvləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun