Antikorrupsiya idarəetmə standartları korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması mövzusunda zona seminar müşavirəsi

14 2017 [15:26] - YouthPortal.Az

“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyinin 2017-ci il üçün iş planı təsdiq edilmişdir. İş planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin xətti ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə 13 noyabr 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin binasında Antikorrupsiya idarəetmə standartları – korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması mövzusunda zona seminar müşavirəsi keçirilmişdir.
Zona seminar müşavirəsinə Gəncəbasar, Şirvan, Şəki-Zaqatala və Qarabağ zonasına daxil olan 33 rayon (şəhər) gənclər və idman idarələrinin rəhbər heyəti ilə yanaşı digər əlaqədar təşkilatlar, ASAN xidmət və QHT nümayəndələri, digər vəzifəli şəxslər də qatılmışlar.
Müşavirə Korrupsiyaya qarşı idarəetmə sistemlərinin öyrənilməsinə həsr olunmuşdur. Müşavirədə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Namiq Abdullayevin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokurorları I-dərəcəli hüquqşünaslar Arif Əyyubov və Elnur Hümbətovun çıxışları dinlənilmişdir. Eyni zamanda Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsindən Elnur Hümbətov, ASAN xidmətdən və digər təşkilatlardan nümayəndələr müzakirələrdə fəal iştirak etmişlər
Tədbirdə Dünya ölkələrində korrupsiyaya qarşı tətbiq olunan idarəetmə sistemləri, mövcud standartlar, həmçinin Azərbaycan dövlətinin antikorrupsiya siyasətinin əsas strateji xətti barədə, ölkədə korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması və digər preventiv tədbirlərin həyata keçirməsi ilə bağlı görülən işlər barədə məlumatlar verilmiş və geniş müzakirələr aparılmışdır.
Tədbirdə Nazirlik tərəfindən yeni hazırlanmış Korrupsiyaya qarşı mübarizəyə dair normativlər kitabının təqdimatı keçirilmiş və seminar iştirakçılarına paylanılmış, həmçinin Azərbaycanda vəzifəli şəxslər tərəfindən korrupsiya cinayətlərinin törədilməsinə dair bir sıra əməliyyat çəkilişləri göstərilmiş və təqdimatdan sonra görülən işlər barədə məlumat verilmiş, Nazirlik və onun yerli qurumlarında belə halların baş verməməsi istiqamətində görüləcək işlər barədə tapşırıqlar verilmiş, korrupsiyanın qarşısının alınması və buna görə qanunla müəyyən olunmuş məsuliyyət və tələblər dövlət qulluqçularının bir daha nəzərinə çatdırılmışdır.
Seminar müşavirədə dövlət qulluqçularının xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş - məmur münasibətlərində etik normalara əməl olunması istiqamətində də idarə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Etik davranış və digər qanun pozuntularına dair nazirliyin ünvanına daxil olmuş vətəndaş müraciətlərinin araşdırılmasına dair, həmçinin vətəndaş məmur münasibətlərində məmur etikasının vacibliyi, hər bir vətəndaşa fərdi qaydada yanaşılması və bu sahədə digər mühüm aspektlər barədə tədbir iştirakçıları ətraflı təlimatlandırılmışlar.
Seminar müşavirənin sonunda biliklərin mənimsənilməsi üzrə qiymətləndirmə aparılması üçün idarə əməkdaşları test tapşırıqlarını yerinə yetirmişlər.
Tədbir KİV və Televiziya kanalları vasitəsilə geniş işıqlandırılmışdır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun