İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət layihəsinə start verilmişdir

13 2017 [20:16] - YouthPortal.Az

Noyabr ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökümət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilati dəstəyi ilə Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının “İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” adlı layihəsinə start verilmişdir.
Youthportalş az xəbər verir ki, layihə çərçivəsində, 3 ay ərzində, elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlərin keçirilməsi, elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaq nəzərdə tutulmuşdur.
Ölkənin bir sıra regionlarını əhatə edəcək təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır.
Layihə çərçivəsində ilk məlumat sessiyası və giriş təlimi 3 noyabr tarixində Gəncə şəhərində keçirilmişdir. Seminarda Gəncə və yaxın regionlarda fəaliyyət göstərən gənclər və təşkilat nümayəndələri iştirak etmişlər.
Növbəti təlimlərə 21 noyabr tarixində start veriləcəkdir. Təlimlərdə iştirak edənlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaqdır.
Təlimlərə aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür:
https://goo.gl/VKiE5f

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun