Neftçi klubu heyətinə yeni futbolçu cəlb edib

13 2017 [18:02] - YouthPortal.Az

“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

Klubdan Youthportal-a bildiriblər ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla üçillik müqavilə bağlanıb.

2014/2015-ci il mövsümündə İnter klubunun heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub.

Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun