V könüllülük proqramı çərçivəsində 34 nəfər fəaliyyətə başlayıb

13 2017 [17:47] - YouthPortal.Az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən V könüllülük proqramı çərçivəsində 34 könüllü fəaliyyətə başlayıb.

Bu barədəYouthportal-a İdarədən məlumat verilib.

V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 57 nəfər müsahibəyə çağırılıb və 34 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 31 nəfər BŞTİ-nin müvafiq sektorlarında, 2 nəfər xidmət bölmələrində, 1 nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb.

Müsahibədən uğurla keçən şəxslər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

Könüllü kimi fəaliyytə başlayan gənclərə 3 ay təcrübə keçdikdən sonra BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, BŞTİ artıq 4 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun