Yeddi yaşlı gimnast Mina Abbasova Macarıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

13 2017 [17:33] - YouthPortal.Az

Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku turniri keçirilib.

Youthportal. az xəbər verir ki, yarışda iştirak edən 7 yaşlı həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb. Turnirdə ev sahibi Macarıstan ilə yanaşı, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Herseqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və s. olmaqla ümumilikdə 15-dən çox ölkənin təmsilçiləri iştirak ediblər.

Mina Abbasova artıq iki ildir Budapeştdə fəaliyyət göstərən “Rus RG Sport” klubunda gimnastika ilə məşğul olur. Klubun rəhbəri Lyubov Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə istedadlı gimnast olacağına əmindirlər.

Beş yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova Almaniya, Serbiya və Sloveniyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Həmin yarışlarda Mina ailəsinin hazırda yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu turnirlərdə Azərbaycanın bayrağımızı dalğalandırmaqdır.

M.Abbasova dekabrın 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq Mikulaş yarışında, dekabrın 16-da isə Lüksemburqda VI dəfə təşkil olunacaq Lüksemburq Kuboku-2017 Beynəlxalq turnirində iştirak edəcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun