Sağlam vətənpərvər olaq adlı layihəsinə start verilib

13 2017 [17:13] - YouthPortal.Az

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sağlam vətənpərvər olaq adlı layihəsinə start verilib.
Youthportal. az xəbər verir ki, layihənin əsas məqsədi internat məzunu olan gənclərə vətənpərvərlik və sağlam həyat tərzi mövzularında silsilə təlimlərin keçirilməsi ilə onların bu mövzuda biliklərinin artırılması və nəticə etibarı ilə daha sağlam vətənpərvər gənc kimi yetişmələrinə dəstək olmaqdır.
Layihənin icra planına əsasən internat məzunları üçün 3 mövzuda təlim keçiriləcək:
· Vətənpərvərlik
Zərərli vərdişlər
Fəal vətəndaş
Təlimlərin daha effektiv olması üçün planına uyğun olaraq vətənpərvərlik mövzusunda seminarlarla bərabər 2017-ci il üçün MDB paytaxtı seçilən Gəncə şəhərinə 2 günlük tur təşkil olunacaq. Turun məqsədi şəhərlə tanışlıq, tarixi yerlərə və muzeylərə ekskursiyalar təşkil etməklə Azərbaycanın tarixini öyrənməkdir. Bundan əlavə 1 günlük Quba məzarlığı və Cocuqmərcanlı qəsəbəsinə tur təşkil edərək, gənclərə ermənilərin əsirlər boyu başımıza gətirdiyi vəhşiliklər haqqında ətraflı məlumat veriləcək.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun