Şahmat üzrə Baku Open2017 uşaq turnirinə start verilib

13 2017 [15:32] - YouthPortal.Az

Respublika Şahmat Mərkəzində 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə “Baku Open–2017” uşaq turnirinə start verilib.

Youthportal. az xəbər verir ki, turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan, Sumqayıt, Göyçay, Salyan, o cümlədən Ukraynanı təmsil edən 91 idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edir.

Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək.

Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir.

Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulayıblar.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun