"Gənclər üçün ekoturizm düşərgəsi" layihəsi başa çatıb

13 2017 [15:15] - YouthPortal.Az

Layihə "Gələcəyə Doğru" Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Qax şəhərində yekunaşıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər üçün ekoturizm düşərgəsi” çərçivəsində gənclərin iştirakı ilə müxtəlif mövzulu təlimlər keçirilib, maraqlı müzakirələr aparılıb.

ATGTİ- dən Youthportal-a bildirilib ki, İctimai Birliyin sədri Asif Səfərlinin sözlərinə görə gənclərin ekoturizm sahəsində yeni biliklər əldə etməsi və bu sahənin inkişafı üçün fikir mübadiləsi aparmasına istiqamətlənmiş layihədə 20 gənc iştirak edib. Layihə iştirakçıları Ekoturizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin ekoturizm potensialı, beynəlxalq ekoturizm və s. istiqamətlər üzrə maarifləndiriliblər.

Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi son illərdə bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı, həmçinin, Ukrayna, Türkiyə, Polşa, Almaniya, Moldova, Rusiya, Yunanıstan və Qırğızıstanda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun