Nazirliyin dəstəyi ilə Əngəlli olmaq əngəl deyil adlı tədbir keçirilib

13 2017 [14:57] - YouthPortal.Az

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Sabunçu rayonu Gənclər evində "Əngəlli olmaq heçnəyə əngəl deyil!" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə bir sıra rəsmilər, idmançılar və müxtəlif təşkilatlardan qonaqlar iştirak edib.

ATGTİ- dən Youthportal- a bildirilib ki, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov gündəlik həyatımızda hər zaman əngəlli dostlarımıza daha diqqətli yanaşmağımız lazım olduğundan bəhs edib. “Nazirlik tərərəfindən əngəlli vətəndaşlarımızın qarşılaşdığı çətinliklərdə onlara kömək olmaq, onlara rahat şəraitin təmin olunmasında dəstək göstərmək, kitab oxumaq, gəzmək, ünsiyyət qura bilmələri üçün müxtəlif layihələr keçirilir.”

Sonra çıxış edən Sabunçu rayon Gənclər evinin direktor müavini Orxan Daşdəmirli və ATGTİ-nin departament rəhbəri Hüseyn Babayev əngəlli vətəndaşlar üçün hər zaman gənclər tərəfindən də müxtəlif layihələrin keçirildiyi barədə ətraflı bəhs edib. Daha sonra çıxış edən qonaqlardan Rəsul Çunayev, Nuranə Abıyeva, Çinarə Məlikzadə və Xumar Səlimova öz fikirlərini gənclərlə bölüşdülər.

Tədbir zamanı ATGTİ-nin fəal üzvü, ittifaqın nəzdində fəaliyyət göstərən İdman işçi qrupunun əməkdaşı Fidan Dəmirlinin əngəlli gənclər haqqında hazırladığı videorolik təqdim edildi. Tədbirdə həmçinin, İşarət Dili – Nuranə Abıyeva təlim mərkəzi tərəfindən qonaqların çıxışları əngəlli gənclər üçün işarət dilinə tərcümə edildi.







 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun