Məişət zorakılığının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılır- LAYİHƏ

13 2017 [12:45] - YouthPortal.Az

Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O, nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Youthportal. az xəbər verir ki, məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilmişdir. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilmiş Sosial xidmət haqda Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlamışdır. Belə ki, 2011-ci ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Uşaq müdafiəsi və De-institusionalizasiya idarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin dəstəyi ilə Ümidli Gələcək Gənclər İctimai Birliyi tərəfindən Bakıda Zorakılıq və Cinayət Qurbanı olmuş Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi yaradılmışdır. Fəaliyyət göstərdiyi 6 il ərzində mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 400-dən çox uşaq reabilitasiyaya cəlb edilmişdir. Reabilitasiya keçən uşaqların 80%-dən çoxu məhz məişət zorakılığından zərər çəkmişdir.
Bununla yanaşı təşkilatın nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzi Azərbaycanda məişət zorakılığından əziyyət çəkən uşaq və gənclər üçün yeganə ixtisaslaşmış mərkəz olduğu üçün tək Bakı deyil, eləcədə regionlardan olan zorakılığın qurbanı olan uşaqlara sosial-psixoloji və hüquqi xidmət göstərməklə onların travmasız yaşamasına töhfə verməklə cəmiyyətə mənəvi və fiziki sağlam reinteqrasiyasını təmin edir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə oktyabr 2017-fevral 2018-ci il tarixləri üzrə Bakı şəhərində fəaliyyət göstərən Ümidli Gələcək Gənclər İcitmai Birliyinin xidmət mərkəzi olan Zorakılığın qurbanı olmuş uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzi fəaliyyətini davam etdirməklə layihədə nəzərədə tutulduğu kimi 50 nəfər məişət zorakılığı qurbanına xidmət göstərəcəkdir. Layihə çərçivəsində müfaviq nazirliklərlə, rayon İcra Hakimiyyətlərinin YYÇİHMK, rayon polis idarələri, prokurorluq, məhkəmə orqanları və rayon gənclər idman idarələri ilə sıx əməkdaşlıq qurulacaqdır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun