Gənclərin vətənpərvər ruhda tərbiyəsi gələcəyimizin zəmanətidir adlı layihəyə start verilmişdir

13 2017 [12:33] - YouthPortal.Az

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə Qusar rayonunda silsilə tədbirlərinə başlamıdır. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anadan olduğu və oxuduğu rayonun Həzrə kənd orta məktəbində keçirilən tədbirdə Aprel döyüşlərində şəhid olmuş hərbiçilərimizin Qəhrəmanlıqları haqqında ətraflı məlumat verilmişdir. Təşkilatın eksperti Mina Qurbanlarının sosial iqtisadi problemlərinin həllinə kömək İB –in sədri, Qarabağ müharibəsi qazisi Məmmədhəsən Həsənov layihənin məqsəd və vəzifələri haqqında genış çıxış etdi. Sonda məktəblilər Şəhidlərimiz haqqında hazırladıqları şeir və mahnı kompozisiyalarını iştirakçılara təqdim etdilər.
Növbəti tədbir Apel şəhidi Xeyirbəyov Əmiraslan Xəlil oğlunun anadan olduğu və dəfn olunduğu Qusar rayonunun Cağar-Qışlaq kəndində keçirilmişdir. Əvəlcə məktəblilərin iştirakçı ilə şəhidin qəbirüstü abidəsi ziyarət olunmuşdur. Tədbir şəhidin oxuduğu məktəbdə davam etdirildi. Şəhidin atası Xəlil Xeirbəyov, müəllimlərı, sinif yoldaşları, dostları Əmiraslan haqqında öz xatirələrini danışmışlar. Təşkilatın ekspertləri gənclərimizi vətəni qorumağa, onun yolunda fədakarlıq etməyə, qəhrəmanlıq nümunəsi göstərməyə hər an hazır olmağa səsləmişlər. Məktəblilərin şəhidlərimiz haqqında səsləndirdikləri şeirlər maraqla qarşılanmışdir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun