İdeyadan-Biznesə layihəsinin icrası uğurla başa çatmışdır

13 2017 [11:50] - YouthPortal.Az

Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxı, Qəbələ və Oğuz rayonlarında “İdeyadan-Biznesə” region gənclərinin biznes bacarıqlarının artırılması adlı layihənin icrasını uğurla başa çatdırmışdır.
Youthportal. az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün regionlarda olan işsiz gənclər arasında Biznes İdeya Yarat, Öz Biznesinin Başla və İnkişaf etdir təlim kursları təşkil edərək bisnes planların hazırlanmasına və təqdim edilməsinə nail olmaq olmuşdur.
İctimai Birlik layihənin əhatə etdiyi rayonların hər birində 15 nəfərdən ibarət olmaqla gənclər qrupları təşkil edərək həmin gənclər qruplarına 3 gün ərzində biznes planların hazırlanması və təqdimatı haqqında kurslar təşkil etmişdir.
Təlim kurslarını uğurla başa vuran iştirakçılar seçilmiş, onlar haqqında ətraflı məlumat bazası hazırlanaraq rayon məşğulluq mərkəzlərinə təqdim edilmişdir. Bunun da əsas məqsədi gələcəkdə həmin gənclərin Özünüməşğulluq proqramına rahat qoşulmaları və həmin layihədən faydalana bilmələri olmuşdur. Təlim kurslarının sonunda iştirakçılara papaq, köynək, buklet və digər paylama materialları paylanılmışdır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun