"Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" layihəsi həyata keçirilib

12 2017 [18:14] - YouthPortal.Az

Noyabrın 11-də "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" mövzusunda ictimai müzakirə təşkil edilib.

Youthportal. az xəbər verir ki, tədbirdə "BakuBus" MMC-nin və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri, ekspertlər, layihədə iştirak edən könüllülər iştirak edib.

Layihə "Ailə və Ətraf Mühit" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Parlamenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Layihə çərçivəsində müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumlar olan Bakı Nəqliyyat Agentliyi və "BakuBus" MMC-nin əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.

İşçi qrup və könüllülər Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Səbail rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında məlumatlar əks olunmuş çap materiallar paylanılıb. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər, işarələr və qaydalar əks olunub.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun