Bayraq kimliyimiz, varlığımızdır! devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib (FOTO)

7 2017 [14:57] - YouthPortal.Az

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” səyyar təbliğat dəstəsi 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə Bayraq kimliyimiz, varlığımızdır! devizi altında hərbi vətənpərvərlik həftəsinə start verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal- abildiriblər ki, silsilə tədbirlər çərçivəsində səyyar təbliğat dəstəsi ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.

Tədbirdə şəxsi heyətə Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi olan bayrağımız haqqında ətraflı məlumat verilib. Bayrağın yenidən yüksəldilməsi üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib.

Qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar şəxsi heyətə nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib.

Hərbi qulluqçularla keçirilən görüşlərdə nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi vurğulanıb, mənəvi-psixoloji hazırlığın artırılması məqsədilə söhbətlər aparılıb. Vətən Uğrunda səyyar təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Vətənə xidməti ilə seçilən bir qrup nümunəvi hərbi qulluqçunun Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə şəhərin tarixi yerlərinə ekskursiyası təşkil olunub.

Bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.






 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun