Sumqayıtda keçirilən Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyinin qalibləri mükafatlandırıldı

12 2017 [17:03] - YouthPortal.Az

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi və şəhər Təhsil şöbəsinin birgə təçkilatçılığı ilə 06-07 oktyabr 2017-ci il tarixlərində 22 nömrəli tam orta məktəbdə Ali, orta ixtisas, peşə liseyləri və ümumtəhsil məktəbləri arasında Çağırışa qədər və çağırış yaşlı gənclərin payız çağırışına həsr edilmiş “Marş irəli” devizi altında Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ali, orta ixtisas və peşə liseyləri arasında Sumqayıt Dövlət Texniki Kollecin komandası birinci (580 xal), 1 nömrəli peşə liseyinin komandası ikinci (487 xal), 3 nömrəli peşə liseyinin komandası isə üçüncü (475 xal) yeri tutmuşlar.
Ümumtəhsil məktəbləri arasında keçirilən yarışda 38 (484 xal), 43 (404 xal), 7 (479 xal) nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülmüşdür.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, kubok və hədiyyələri ilə təltif olunmuşdur.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun