Şəmkir şəhərində qərb regionunun məktəbliləri arasında Nə? Harda? Nə zaman? intellektual yarışmanın final mərhələsi keçirilib

12 2017 [14:03] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Synergy Fond və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycançılıq və hərb tariximiz mövzusunda qərb regionunun məktəbliləri arasında Nə? Harda? Nə zaman? intellektual yarışmanın final mərhələsi və bağlanış mərasimi keçirilib.
Youthportal. az Gənclər və İdman Nazirliyinə istinadən xəbər veriri ki, Mərasimdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva, Şəmkir rayonGənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov, layihə rəhbəri və iştirakçıları iştirak edib.
Layihə çərçivəsində Gədəbəy, Naftalan, Samux və Şəmkir rayonməktəblərindən qalib olan 8 komanda mübarizə aparıb. Gərgin mübarizə ilə keçən yarışın yekunlarına əsasən Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin Fateh komandası I, Gədəbəy rayonunun Şahinlər komandası II, Gədəbəy rayonunun Gold 21 komandası isə III yerin qalibi olub.
Final mərhələsinin qalibləri sertifikat, medal və kubokla təltif olunublar.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun