Bakı şəhərində Atalar və Qızlar festivalı keçiriləcək

12 2017 [14:51] - YouthPortal.Az

14 oktyabr tarixində Bakı şəhərində Nizami küçəsi 62C (İSR Plazanın yanı) ünvanında 11 Oktyabr Beynəlxalq Qızlar günü münasibətilə “Atalar və Qızlar” festivalı keçiriləcək. Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi layihəsi çərçivəsində həyata keçirilir.

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətləri təşkil etməklə ata və qız övladı arasında emosional və mənəvi əlaqələri gücləndirmək, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə münbit mühiti yaratmaqdır.

Gün ərzində saat 14:00 – 18:00-dək davam edəcək festival zamanı musiqili proqram, Dj Şou, yarışlar, müsabiqələr və viktorinalar keçiriləcək. 1 gün keçirilən festivalda gənc ata və qızları pazl və saçhörmə yarışları, Səssiz film və Xəbəri uşaqdan al oyunlarında iştirak etmək şansı qazanacaqlar. Festival iştirakçıları həmçinin, Klon və Sehirbaz şou izləyəcəklər. Festivalda qızlar üçün xüsusi olaraq Face art və karikatura çəkilişləri təşkil olunacaq.

Festivalda iştirak etmək və ətraflı məlumat almaq üçün www.festival.nayora.az portalına daxil olmağınız xahiş olunur.

Məlumat üçün qeyd edək ki, 2012-ci ildə BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi öz əksini tapıb.

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi layihəsi həyata keçirilir. Layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. Layihə müddətində bu günə qədər Azərbaycanın 25 şəhər və rayonlarında 1000-dən artıq gənc kişinin iştirakı ilə 50 təlim keçirilib.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun