Azərbaycan kuboku: Mil-Muğan komandası Qəbələ, MOİK isə İnterlə qarşılaşacaq

12 2017 [12:39] - YouthPortal.Az

Oktyabrın 11-də futbol üzrə Azərbaycan kuboku yarışlarının 1/16 mərhələsinin iki oyunu keçirilib.

Youthportal.az xəbər verir ki, “Ağsu” klubu doğma meydanda Mil-Muğan komandasına minimal hesabla məğlub olub – 0:1. Oyunda yeganə qolu 80-cı dəqiqədə Vasif Mehrəliyev vurub.

MOİK-Turan Tovuz görüşünün 13-cü dəqiqəsində meydan sahibi komandanın heyətində İsmayıl İbrahimli hesabı açıb. Görüşün 40-cı dəqiqəsində Elnur Səmədov hesab bərabərləşdirib. Qarşılaşmanın 87-ci dəqiqəsində MOİK-in futbolçusu Qərib İbrahimov komandasının ikinci qolunu vurub -2:1. Matç bu hesablada başa çatıb.

Beləliklə, səkkizdə bir final mərhələsində Mil-Muğan komandası Qəbələ, MOİK isə İnterlə qarşılaşacaq.

Qeyd edək ki, səkkizdəbir finalın görüşləri noyabrın 29-da keçiriləcək. Yarışa mayın 28-da yekun vurulacaq.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun