Teatr beynəlxalq festivaldan diplomlar və fəxri fərmanlarla qayıdıb

12 октября 2017 [11:41] - YouthPortal.Az

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) kollektivi Rusiyanın Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatrdan verilən məlumata görə, Rusiya Teatr Xadimləri İttifaqının və Kalmıkiya Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunub.

Kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

Festivalda nümayiş olunan A.Şaiqin “Tıq-tıq” tamaşası xüsusi diploma layiq görülüb.

Kalmıkiya höküməti ADGTT-na yaradıcılıq uğurları, ölkəmizə sülh və əminamanlıq arzulayaraq minnətdarlıq məktubu yollayıb. Məktubda iki respublikanın teatrları arasında inkişaf və ənənələrin qorunmasında göstərdiyi xidmətə görə ADGTT-na minnətdarlıq ifadə olunmuşdur. Qeyd edilmişdir ki, sözügüdən festival yaradıcılıq əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq bu əlaqələri daha da möhkəmlənəcək.

“Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Tıq-tıq” tamaşasının quruluşçu rejissoru xalq artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edir.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun