Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

12 октября 2017 [08:13] - YouthPortal.Az

Azərbaycan Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları oktyabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.

Youthportal.az xəbər verir ki, beynəlxalq konfransın iştirakçılarına müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

Beynəlxalq konfransın iştirakçıları “Mini Azərbaycan” sərgisinə də baxıblar. Bu sərgidə qonaqlar Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə ediblər.

Beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun