Məktəb seminarları paytaxtın bütün rayonlarını əhatə edəcək

11 2017 [18:03] - YouthPortal.Az

“Məktəb seminarları”nın növbəti sessiyaları Qaradağ rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, sessiyalarda müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Məktəb direktorları üçün keçirilən sessiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşması, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar əsasında təşkili, valideynlərlə işin qurulması məsələlərinə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, tədrisin təşkili, məktəb imicinin formalaşdırılması, məktəbdənkənar tədbirlərin təşkili, məktəblərin payız-qış mövsümünə hazırlığı və digər mövzularda çıxış ediblər.

Qruplar üzrə təşkil olunan sessiyalarda tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, keyfiyyətli təhsilvermənin təmin edilməsi, məktəbdaxili metodik işə nəzarət, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi məsələləri müzakirə olunub.

Məktəb seminarları paytaxtın bütün rayonlarını əhatə edəcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun