Səmti müəyyənetmə üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

11 2017 [16:33] - YouthPortal.Az

Şabran rayonunun Qalaaltı meşə zolağında və Dənizkənarı Milli Parkda – İçərişəhərdə keçirilən səmti müəyyənetmə idman növü üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının mətbuat xidmətindənbildiriblər ki, yarış Gənclər və İdman, Vergilər nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti, Dənizkənarı Bulvar İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Ümumilikdə 200-dək iştirakçının qatıldığı yarışda idmançılar orta və sprint məsafələri qət etmək üzrə mübarizə aparıblar. Yarışda yerli idmançılarla yanaşı, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və Türkiyə Silahlı Qüvvələri İdman Klubunun məşqçi-idmançısı Elvan İlboğa da iştirak ediblər.

Çempionatın birinci günündə Şabran rayonunda kişilər arasında mübarizədə elit kateqoriyasında (M21E) türkiyəli Elvan İlboğa birinci olub. Neftçi idman klubunun təmsilçiləri Gennadi Klim və Vladislav Tuzov isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qadınlar arasında W21E kateqoriyasında Sevda Verdiyeva (FHN) 3,2 kilometr məsafə üzrə yerləşdirilmiş 13 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə birinci çatıb. Anna Kamayeva (Neftçi İK) ikinci, Lətifə Rüstəmova (Müdafiə Nazirliyi) isə üçüncü yerdə qərarlaşıblar.

Yarışın ikinci günündə Dənizkənarı Bulvar və İçərişəhər ərazisində təşkil edilmiş sprint üzrə yarışda M21E kateqoriyasında Neftçi idman klubunun idmançısı Gennadi Klim 3,7 kilometr məsafədə yerləşdirilmiş 18 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə bütün rəqiblərindən tez çataraq qızıl medala layiq görülüb. Qalibdən təxminən iki dəqiqə geri qalan Elvan İlboğa (TSK) gümüş, Orxan Şahbazov (XDMX) isə bürünc medal qazanıblar.

Qadınlar arasında elit kateqoriyasında Dağçılıq idman klubunun təmsilçisi Nataliya Şiyanova qalib gəlib. Sevda Verdiyeva (FHN) finiş xəttinə ikinci, Rəna Abaszadə (XDMX) isə üçüncü çatıblar.

İki günün yekunlarına görə komandalar arasında Neftçi idman klubu çempionu adını qazanıb. Dağçılıq idman klubunun komandası ikinci, Xüsusi Dövlət Mühafizə Xidmətinin təmsilçiləri isə üçüncü yeri tutublar.

Eyni zamanda, junior, Open M, Open W, M35, W35, M50, W50 kateqoriyalarında da qaliblər müəyyən olunub.

Çempionatın qaliblərinə müvafiq dərəcəli medal və diplomlar təqdim edilib.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun