Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının istifadəsinə həsr olunan təlim keçirilib

11 октября 2017 [14:53] - YouthPortal.Az

Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankının istifadəsi üzrə təlim keçirilib.

Təlimdə BMT-nin Əhali Fondunun, nazirliklərin, yerli icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat bankının istifadəsi haqda təlim iştirakçılarına məlumat verib. Bildirib ki, məişət zorakılığı problemi nəinki Azərbaycanda, bütün dünyada mövcuddur. Lakin onun qarşısının alınması ilə bağlı müəyyən tədbirlər var ki, onlardan istifadə etməklə müsbət nəticələrə nail ola bilərik. Bununla bağlı ölkəmizdə də müəyyən işlər görülür.

Qeyd olunub ki, “Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli, 207 nömrəli qərarı ilə “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” qaydaları təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli, 537 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. Qeyd edilib ki, Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradıb.

Sonra çıxış edən BMT-nin Əhali Fondunun Gender üzrə layihə koordinatoru Nailə Cəfərova təlimin əhəmiyyətindən danışıb.

Daha sonra təlim müzakirələrlə davam etdirilib.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun