Binəqədidə Vətənin müdafiəsinə hazıram mövzusunda tədbir keçirilib (FOTO)

11 2017 [14:33] - YouthPortal.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişməsi istiqamətində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Youthportal.az xəbər veriri ki, xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, “Vətənin müdafiəsinə hazıram” mövzusunda növbəti tədbir oktyabrın 11-də Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə tər güllər qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Yusif Mirzəyev bildirib ki, qurum tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı mütəmadi silsilə tədbirlərin keçirilməsi ənənə halını alıb. Vətənin müdafiəsinə hazıram mövzusunda sislsilə tədbirlərin respublikamızın bütün bölgələrində təşkil olunduğunu deyən idarə rəisi bildirib ki, Xidmət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesində yaxından iştirak edir. Dövlət Xidməti səfərbərlik və səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağrışçılarla komplektləşdirilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal rol oynayır. Yaradılmasından beş ildən çox vaxt keçməsinə baxmayaraq, Xidmət tərəfindən xeyli nailiyyətlər və uğurlar əldə olunub.

Azərbaycan Ordusunun bütün göstəricilərə görə düşməndən dəfələrlə üstün olduğunu deyən Y.Mirzəyev vurğulayıb: Azərbaycan Ordusu istər nizam-intizam, istər rüh yüksəkliyi, istərsə də texniki imkanlarına görə elə təmin olunub ki, hər zaman düşmənin layiqli cavabını verməyə qadir və buna hazırdır. Əminik ki, Azərbaycan əsgəri tezliklə öz sözünü deyəcək və işğal altındakı torpaqlarımız azad olunacaq.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, aprel döyüşlərində əldə olunan parlaq qələbənin cəmiyyətin bütün üzvlərində, o cümlədən gənclərdə vətənpərvərlik hissələrini və döyüş əzmini daha da artırdığını diqqətə çatdırıb. Bildirib ki, aprel döyüşləri dövlət-xalq-ordu birliyinin sarsılmazlığını və qələbəyə qəti inamı düşmənlə yanaşı, bütün dünyaya göstərdi. Bu şanlı qələbə sübut etdi ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.

Digər çıxış edənlər də Vətənin müdafiəsinə hazıram mövzusunda keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı gördüyü işlərdən danışıblar. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd güclü ordu quruculuğu prosesinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etməkdir.

Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Sonda Binəqədi rayonunun müxtəlif məktəblərinin şagirdləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı xüsusi proqramla çıxış ediblər.





 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun