Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində məktəblilər arasında Şahmat növü üzrə rayon birinciliyi keçirilmişdir

11 2017 [13:36] - YouthPortal.Az

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq 06-09 oktyabr 2017-ci il tarixlərdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Şahmat, beynin gimnastikasıdır! devizi altında məktəblilər arasında Şahmat növü üzrə rayon birinciliyi keçirilmişdir.
Youthportal.az Gənclər və İdman Nazirliyinin rəsmi saytina istinadla xəbər veriir ki, birincilikdə ümumilikdə 156 nəfər şahmatçı iştirak etmişdir. Yarışın nəticəsinə əsasən 276 -li tam orta məktəbin komandası I yeri, 244 -li tam orta məktəbin komandası II yeri, 246 -li məktəb-liseyin komandası III yeri tutmuşdur.
Şahmat birinciliyinin bağlanış mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov yarışda iştirak edən bütün məktəbliləri, müəllimləri salamlayaraq, onlara təhsildə və gələcək yarışlarda uğurlar arzulayıb. Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı haqqında iştirakçılara ətraflı məlumat verən İdarə rəisi yeniyetmə və gənclərin intellektual səviyyəsini yüksəldən oyunların keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda qaliblər İdarə tərəfindən diplom və medallarla təltif ediliblər.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun