Qızıl topa bütün namizədlər açıqlanıb

11 2017 [07:32] - YouthPortal.Az

Fransanın nüfuzlu “France Football” nəşri qızıl top mükafatına bütün namizədləri müəyyənləşdirib. 5-liklər şəklində elan olunan oyunçuların sonuncu qrupu da ictimaiyyətə açıqlanıb.

Lionel Messi (Barselona), Pyer-Emerik Obameyanq (Borussiya D.), Edison Kavani (PSJ), Mats Hummels (Bavariya), Karim Benzema (Real), Kilian Mbappe (PSJ/Monako), İsko (Real), Leonardo Bonuççi (Yuventus/Milan), Eden Azar (Çelsi), Kristiano Ronaldonun (Real) adı da siyahıya əlavə edilib.

Daha öncə açıqlanan siyahıda isə Canluici Buffon (Yuventus), Antuan Qrizman (Atletiko), Radamel Falkao (Monako), Toni Kroos (Real) və Sadio Manenin (Liverpul), Kevin de Bruyne (Mançester Siti, Belçika), Robert Levandovski (Bavariya, Polşa), David De Xea (Mançester Yunayted, İspaniya), Harri Keyn (Tottenhem, İngiltərə), Edin Dzekonun (Roma, Bosniya və Herseqovina), Luis Suares (Barselona, Uruqvay), Yan Oblak (Atletiko, Sloveniya), Serxio Ramos (Real, İspaniya), Filipe Koutinyo (Liverpul, Braziliya), Dris Mertens (Napoli, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.

Yekun siyahıda 30 futbolçu yer alıb.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun