Məktəb seminarlarına başlanılıb

11 2017 [12:01] - YouthPortal.Az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”na başlayıb.

BŞTİ-dən verilən məlumata görə, Məktəb seminarlarının ilk sessiyaları Nəsimi rayonunun ümumi təhsil məktəblərində keçirilib.

Məktəb direktorları üçün təşkil edilən sessiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2017-2018-ci dərs ilinin Ümumi təhsildə keyfiyyət ili elan olunması və qarşıda duran vəzifələr barədə danışıb. O, Məktəb seminarları layihəsinin əhəmiyyətindən və sessiyalarda müzakirə olunan məsələlərin nəticələrindən bəhs edib.

BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, birinci sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəblərin payız-qış mövsümünə hazırlığı, təhsil müəssisələrinin uğurlarının təbliği və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar üzrə təşkil olunan sessiyalarda məktəbdaxili metodik işə nəzarət, məktəbdənkənar fəaliyyətin təhsilin məzmunundan irəli gələn ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, keyfiyyətli təhsilvermənin təmin edilməsi məsələləri müzakirə olunub.

Sessiyalar hər gün bir rayon üzrə keçiriləcək və oktyabrın 20-də başa çatacaq.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun