Azərbaycanlı gənc Həmrəy Gənc Dünya 2017 sammitində iştirak edib

11 2017 [11:38] - YouthPortal.Az

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədr müavini Aysun Zeynalova Kolumbiyanın paytaxtı Boqotada keçirilən “Həmrəy Gənc Dünya 2017” (One Young World Summit 2017) sammitində iştirak edib. Təmsilçimiz sammitdə Həmrəy Gənc Dünya təşkilatının səfiri seçilib.

GTMŞ-dənbildiriblər ki, sammitin məqsədi dünya liderlərini, siyasətçiləri, nüfuzlu xadimləri, Nobel mükafatı laureatlarını və gəncləri bir araya gətirərək aktual məsələləri müzakirə etməkdir. Hər il ənənəvi olaraq sammit təşkil edən Həmrəy Gənc Dünya təşkilatı sıralarında gənc liderləri birləşdirən beynəlxalq platformadır. Müxtəlif ölkələrdə keçirilən sammit minlərlə gənci birləşdirərək, dünyada baş verən qlobal dəyişiklikləri və gənclərin rolunu müzakirə etmək şansı yaradır.

Üç gün davam edən sammitdə yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə sosial medianın rolu, ətraf mühitin mühafizəsi, qlobal problemlərin həllində biznesin sosial məsuliyyəti, milli azlıqlar və onların hüquqları, gənclərin əmək bazarına çıxışını təmin edən təhsilin hamı üçün əlçatan olması, sülh və s. aktual mövzular məruzələr dinlənilib, panel iclasları və s. tədbirlər keçirilib.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun