Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb

10 2017 [18:03] - YouthPortal.Az

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib. Youthportal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları 3 günü əhatə edəcək.

Turun açılış oyunu oktyabrın 13-də “İnter” və Qarabağ komandaları arasında olacaq. Ertəsi Zirə Kəpəzi, Sumqayıt isə Qəbələni qəbul edəcək.

Bazar günü baş tutacaq Neftçi – Səbail görüşünün yeri isə dəyişdirilib. Bu, ağ-qaraların PFL-ə müraciəti əsasında baş tutub. Bakılılar ev oyunlarını keçirdiyi Bakcell Arena stadionunun qazonunda yenilənmə işləri aparıldığını rəhbər tutaraq VIII turun oyununun yerinin dəyişdirilməsini istəyiblər. Neftçi klubunun müraciətini və Səbail klubunun razılıq məktubunu nəzərə alan PFL VIII turun Neftçi Səbail matçının Dalğa Arenaa keçirilməsinə qərar verib. VIII turda meydan sahibi Səbail, hər iki komandanın iştirakı ilə üçüncü dövrənin oyununda meydan sahibi kimi Neftçi təsdiq edilib.

Azərbaycan Premyer Liqası

VIII tur

13 oktyabr (cümə)

15:30. İnter Qarabağ

İnter Arena

14 oktyabr (şənbə)

16:00. Zirə Kəpəz

Zirə İdman Kompleksinin stadionu

18:00. Sumqayıt Qəbələ

Kapital Bank Arena

15 oktyabr (bazar)

18:30. Səbail Neftçi

Dalğa Arena



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun