Korsar baleti Vladivostokda azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

11 2017 [12:32] - YouthPortal.Az

Oktyabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın ikihissəli “Korsar” baleti nümayiş etdiriləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında hazırlanıb.

Korsar baletinin dünya premyerası 1856-cı ildə Parisdə olub. Balet Primorsk səhnəsində ilk dəfə 2015-ci il aprelin 25-də nümayiş olunub. 2016-cı il mayın 12-də isə Korsar baleti Primorsk səhnəsində bərpa edilib.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın Ballet Internationale truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun