Erməni işğalının görünməyən tərəfləri mövzusunda tədbir keçirilib

10 2017 [17:18] - YouthPortal.Az

“Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaq” layihəsi çərçivəsində oktyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində Erməni işğalının görünməyən tərəfləri mövzusunda tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, layihənin icraçısı olan Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin (İB) sədri Faiq İsmayılov tədbirdə çıxış edərək layihənin məqsədinin Ermənistan silahlı qüvvələrinin işğalı altındakı ərazilərimizdə Azərbaycanın tarixi, mədəni abidələri haqqında məlumatları toplayıb arxivləşdirərək ictimaiyyətin diqqətinə çatdırmaq olduğunu bildirib. Həmçinin erməni vandallarının Azərbaycanın tarixi və mədəni abidələrini yox etmək məqsədilə törətdikləri cinayətləri ifşa etmək, onu beynəlxalq ictimaiyyətə çatdırmaq da layihənin əsas hədəflərindəndir.

Vurğulanıb ki, ümumilikdə yüz mindən artıq tarixi-mədəni abidəmiz erməni vəhşiliyinin qurbanına çevrilib. Buna görə də işğal altındakı ərazilərimizdə abidələrimizin vahid elektron məlumat bazasının yaradılması günün tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də işğal altındakı ərazilərimizdə tarixi abidələrimizin ermənilər tərəfindən məhv edilməsi barədə faktları dəfələrlə ən mötəbər tribunalardan diqqətə çatdırıb.

Sonra layihə çərçivəsində yaradılmış internet portalı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Digər çıxışlarda da erməni vəhşiliyinin bütün dünyada ifşası istiqamətində belə tədbirlərin və layihələrin önəmi qeyd olunub.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun