Təhsil naziri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru ilə görüşüb (FOTO)

4 2017 [15:48] - YouthPortal.Az

Oktyabrın 3-də Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Fransis Qarry ilə görüşüb. Görüşdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak edib.

Youthportal.az Təhsil Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan-ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və inkişafının təşviqi, ali təhsil müəssisələrinin əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda təhsil naziri Mikayıl Cabbarov və ÜƏMT-in Baş direktoru cənab Fransis Qarry Birgə bəyanat imzalayıb.

ÜƏMT ilə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən“start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına yeni imkanlar yaradılacaqdır.





 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun