Bakıda Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

5 октября 2017 [12:00] - YouthPortal.Az

Bu gün Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti ümummilli lider Heydər Əliyevin irəli sürdüyü "Bir millət, iki dövlət" prinsipini əldə rəhbər tutaraq, müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Ölkə rəhbərlərinin siyasi müstəvidə həyata keçirdiyi əməkdaşlığı universitetlər elm-təhsil sahəsində davam etdirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 12-dən 14-dək keçiriləcək "Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans" hər iki dövlətin elm-təhsil sisteminin inteqrasiyası və sürətlənməsi sahəsində mühüm addım olacaq.

Youthportal.az xəbər verir ki, universitet və AMEA-nın institutları daxil olmaqla sözügedən konfransda Türkiyənin 5, Azərbaycanın isə 20-dən çox ali təhsil müəssisələrindən 83 məruzə dinləniləcək.

Konfransın elmi istiqamətləri "Müstəqil Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti", "Səfəvi-Osmanlı münasibətləri (XV-XVI əsrlər)", "İqtisadiyyat və Turizm", "Tarix", "Qafqaz İslam Ordusu və Azərbaycan", "Dağlıq Qarabağ problemi: dünən və bu gün", "Ortaq ədəbi və mədəni dəyərlər", "İctimai fikir və şəxsiyyətlər", "Mədəni əlaqələr", "Strategiya, İnkişaf, Hədəflər", "Din və təriqət", "Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə"," Ortaq tarix", "Azərbaycan-Türkiyə əlaqələri: tarixi təhlil", "Elm və təhsil", "Türklərə qarşı soyqırımı siyasəti", "Dil və ədəbiyyat", "Azərbaycan-Türkiyə ədəbi əlaqələri" mövzusunda müəyyən edilib.

Oktyabrın 14-də şəhər gəzintisi ilə konfrans öz işini yekunlaşdıracaq.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun