Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

26 2017 [12:31] - YouthPortal.Az

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək.

Azərbaycandakı Rus icmasından verilən məlumata görə, tədbir sentyabrın 27-30-da təşkil olunacaq.

Tədbirin təşəbbüskarı qismində Rusiyanın Elm və Təhsil Nazirliyivə Moskva Dövlət Pedaqoji Universiteti çıxış edib.

Konqresin işində təhsil işçiləri, universitet rəhbərləri, Azərbaycan, Bolqarıstan, Türkiyə və MDB ölkələrindən, həmçinin Rusiyanın regionlarından olan müəllimlər iştirak edəcəklər.

Konqresdən əvvəl Rusiyadan kənarda yaşayan rusdillilərin Moskvadakı Evinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına rusiyalı yazıçıların müəllifi olduğu 300 kitab hədiyyə edəcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun