Azərbaycanlı gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin regional idarəsinin qonağı olub

12 2017 [13:58] - YouthPortal.Az

Azərbaycanlı gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin Kasablanka şəhərində yerləşən regional idarəsinin qonağı olub. Bu barədə YouthPortal-aATGTİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlkin Mustafayev tərəfindən bildirilib ki,idarənin rəhbəri Aziz Motassim azərbaycanlı gəncləri salamlayıb və idarənin inzibati binası ilə tanış edib. Daha sonra görüşdə şəhər barədə ümumi məlumat verən Aziz Mottasim gənclərlə bağlı görülən işlər, idarənin əsas məqsədləri və fəaliyyətləri barədə geniş danışıb. O bildirib ki, Kasablanca ən çox gənc yaşayan şəhərdir ve Mərakeşin iqtisadi şəhəridir. İdarə rəhbəri fəaliyyət göstərən Gənclər evlərindən bəhs edib. "Gənclər bu evlərdən öz vaxtlarını səmərəli keçirmək üçün rahat istifadə edə bilir. Həmçinin, burada çalışan könüllülər də var ki, bu məkanlara öz töhfələrini verirlər." deyə idarə rəhbəri vurğulayıb.


Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmisi Vüsal Kərimov, göstərilən xüsusi diqqətə görə nümayəndə heyəti adından öz təşəkkürünü bildirib. O Azərbaycan və Mərakeş arasında gənclər sahəsində aparılan işlərin bir-birinə yaxın olduğunu, birlikdə daha çox işlər görüləcəyini və birgə layihələrin keçiriləcəyini xüsusi vurğulayıb.


Xatırladaq ki, müxtəlif gənclər təşkilatlarının nümayəndələrinin də iştirakı ilə 8-18 avqust tarixlərində Mərakeş Krallığına səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Səfər Azərbaycan Respublikası və Mərakeş Krallığının Gənclər və İdman Nazirliklərinin birgə imzaladığı əməkdaşlıq protokoluna əsasən beynəlxalq gənclər mübadiləsi (YouthExchange) proqramı çərçivəsində həyata keçirilir.







 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun