Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında İnter komandası Qəbələni qəbul edəcək

12 2017 [10:59] - YouthPortal.Az

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində daha bir oyun keçiriləcək. Ötən mövsümün bürünc medalının sahibi Bakının “İnter” komandası öz meydanında çempionatın gümüş mükafatçısı Qəbələni qəbul edəcək.

İnter Arenada saat 20:00-da start götürəcək matçın baş hakimi Ömər Paşayev təyin edilib.

Oyunda İnter 15-ci, Qəbələ 10-cu qələbənin astanasındadır. Qəbələ 13 dəfə bərabərliklə kifayətlənib. Paytaxt komandası son yeddi qarşılaşmada qələbə qazana bilməyib. Qəbələ təmsilçisi ardıcıl iki dəfə qalib gəlib.

Ümumiyyətlə, Qəbələ Azərbaycan Premyer Liqasında 12-ci starta hazırlaşır. Komanda indiyədək çempionatda 11 dəfə iştirak edib və üç dəfə bürünc, bir dəfə gümüş medalları əldə edib.

Qeyd edək ki, Premyer Liqada avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda Zirə – Səbail oyunu keçiriləcək. Bu görüşə saat 19:00-da start veriləcək.

İlk tura həmin gün saat 21:00-da Kapital Bank Arenada keçiriləcək Sumqayıt və Kəpəz (Gəncə) komandalarının matçı ilə yekun vurulacaq.

Xatırladaq ki, avqustun 11-də keçirilən turun ilk oyununda Qarabağ komandası Neftçiyə 3:1 hesabı ilə qalib gəlib.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun