Latviya səfiri Bilik Fondunda oldu

11 2017 [16:43] - YouthPortal.Az

Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Juris Maklakovs Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bu barədə YouthPotal-a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan bildirib ki,Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Latviya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini xatırladan O.Səmədov ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşününkeçirildiyini xatırladıb. İcraçı direktor hər iki ölkə rəhbərinin Latviya paytaxtında baş tutmuş görüşünün, əməkdaşlığa dair indiyədək imzalanmış rəsmi sənədlərin Bilik Fondunun bu sahədə maarifləndirici fəaliyyətinə yeni təkan verəcəyini vurğulayıb və beynəlxalq layihələrdə Latviya səfirliyi ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, “Dünya elmi Azərbaycanda” və Azərbaycan elmi dünyada layihələri çərçivəsində Fondun təşkilatçılığı və dəstəyi ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır. Azərbaycan və Latviya alimlərinin iştirakı ilə elmi biliklərin müxtəlif sahələri üzrə belə mühazirələrin təşkili hər iki ölkə gənclərinin inkişafına mühüm töhfə verə bilər. O.Səmədov səfiri Fondun Səfir saatı Klubunda gənc diplomatlarla görüşə dəvət edib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən səfir Juris Maklakovs gələn il müstəqilliyinin 100 illiyini qeyd edəcək Latviya və Azərbaycan Respublikalarının tarixinin oxşar məqamlarını xatırladıb və Fondun maarifçilik yönündə fəaliyyətini təqdir etdiyini bildirib. Juris Maklakovsun sözlərinə görə, Azərbaycan elmi, tarixi və mədəniyyətinin Latviyada təbliği, Latviyanın Azərbaycanda hərtərəfli tanıdılması ölkələr arasında mövcud əməkdaşlığın xalqlar arasında da isti münasibətlərə çevriləcəyinə təkan verəcək. Fondun Səfir saatı Klubunun dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirənsəfir bir çox sahələrdə geniş əməkdaşlıq imkanarının olduğunu da vurğulayıb.

Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim olunub və xatirə fotoşəkli çəkilib.

Bilik Fondu ölkə əhalisinin dünya elminin əldə etdiyi nailiyyətlərlə tanış edilməsi, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir. Bu məqsədlə Bilik Fondunda xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, xarici ölkə nümayəndəliklərinin rəhbərləri ilə mütəmadi işgüzar görüşlər keçirilir.






 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun