Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzindən

11 августа 2017 [17:16] - YouthPortal.Az

Qərb Universitetində dünyaca məşhur səyyah Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzi fəaliyyət göstərir.

Etnoqraf alim, arxeoloq, antropoloq, elmlər doktoru, professor, dünyanın bir neçə məşhur elmlər akademiyasının akademiki, səyyah Tur Heyerdal öz ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7 min 200 kilometrlik məsafəni sadəcə sal üzərində keçməklə bəşəriyyəti heyrətə gətirib. Öz təəssüratlarını, xatirələrini, səyahət zamanı müşahidə etdiyi, tədqiqat apardığı məsələlərlə bağlı problemləri, araşdırmaları qələmə alan məşhur səyyah 10-dan artıq kitab və monoqrafiya müəllifidir.

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirirdi. O, bir sıra fərziyyələr irəli sürərək Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışırdı. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf etmişdir. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gəliblər. Təsdiqləyirdi ki, Norveçin eramızın 800-cü illərinə qədərki tarixini əvəz edən Skandinaviya mifologiyası vardır. O, hər bir əfsanənin gerçəklikdən qaynaqladığını da dilə gətirirdi. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirirdi ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olmuş, özü də sivilizasiyanın mərkəzində dayanmışdır. O, bu fikrini Qobustan qayaüstü təsvirləri ilə sübut edirdi.

***
12-20 may 2014-cü il tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində Qərb Universitetində yerləşən sərgi otağının rəsmi açılışı olmuşdur. Hal-hazırda Universitetin əsas binasının ikinci mərtəbəsində yerləşən mərkəz alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materiallarından ibarətdir.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun