Şahbuz rayonunda “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub

11 августа 2017 [14:13] - YouthPortal.Az

Şahbuz şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub.

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Şahbuz Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən festivalda Şahbuz rayonunda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin kollektivləri iştirak ediblər.

Əvvəlcə 2016-2017-ci tədris ilində keçirilən müsabiqələrdə uğur qazanan Şahbuz rayonunun məktəbdənkənar müəssisələrinin 6 ən fəal dərnək üzvü və 6 ən yaxşı dərnək rəhbərinə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tərəfindən diplomlar təqdim olunub.

Tədbirin aparıcıları qeyd ediblər ki, muxtar respublikada uşaqların sağlam, bilikli, vətənpərvər böyümələri üçün geniş imkanlar mövcuddur. Belə ki, hər il muxtar respublikada ümumtəhsil müəssisələri üçün yeni binalar tikilir, məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, tədris ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunur, açıq və örtülü idman qurğuları yaradılır. Bunu Şahbuz rayonunun da timsalında aydın görmək olar. Son illər rayonda 23 ümumtəhsil məktəbi ilə yanaşı, idman, şahmat məktəbləri və Uşaq Yaradıcılıq Mərkəzi üçün binalar tikilərək və ya yenidən qurularaq müəllim və şagirdlərin ixtiyarına verilib. Rayonda fəaliyyət göstərən 6 məktəbdənkənar müəssisə də hərtərəfli qayğı əhatəsindədir.

Sonra rayonun məktəbdənkənar müəssisələrində fəaliyyət göstərən istedadlı uşaqların hazırladıqları əl işləri – rəsm, toxuma, tikmə, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub, bir-birindən maraqlı mahnılar səsləndirilib. Uşaq və yeniyetmələr şahmat oynayıb, idmançılar bacarıqlarını nümayiş etdiriblər. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən festival rayon sakinləri tərəfindən də maraqla qarşılanıb.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun