Feysbukdan yenilik

11 2017 [16:54] - YouthPortal.Az

Feysbuk şirkəti tərəfindən təqdim edilmiş "İzləyin" (“Watch”) xidməti Yutubun analoqu olacaq. Feysbuk sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir.

Feysbuk vaç (Facebook Watch) servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər.

Bu gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün əlçatandır və gələcəkdə Avropa ölkələri üçün əlçatan olacaq. İnternetdə yüksək rəqabətli olan video bazarı Feysbuk üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55 faizini alacaqlar.

Artıq indi şirkət Vox Media, BuzzFeed, ATTN, Group Nine Media və başqaları ilə əməkdaşlıq edir. Yeni xidmət üçün artıq National Geographicin verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, Amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır.

Feysbuk şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız Yutub ilə deyil, həm də Netflix, Disney və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun