İspaniya millisində şok itki

11 2017 [15:01] - YouthPortal.Az

EuroBasket 2017-nin iddialı komandalarından biri olan İspaniya millisi əsas basketbolçularından biri Sergio Llullu itirib.

29 yaşlı oyunçu Belçika ilə yoldaşlıq qarşılaşmasında dizindən ciddi zədə alıb. Llull komanda üzvlərinin köməyilə xəstəxanaya aparılıb.

Belçikanın 89-71 hesablı qələbəsindən sonra Sergio Llullun zədəsilə bağlı açıqlama verilib. İspaniya Basketbol Federasiyasının bəyanatına görə pleymeykerin sağ diz çarpaz bağlarının qırıldığı məlum olub.

EuroBasketi buraxacaq Llull ən azı 6 ay oynaya bilməyəcək.

Xatırladaq ki, İspaniya 31 avqustda başlayacaq və Türkiyənin də ev sahiblərindən biri olacaq EuroBasket 2017-yə son çempion kimi yollanır.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun