12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür

11 августа 2017 [11:34] - YouthPortal.Az

12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.

"Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Azərbaycanda da “Xəzər günü” ilə əlaqədar ETSN-nin tabeli qurumlarının, yerli idarəetmə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların və QHT-lərin iştirakı ilə görüşlər təşkil olunur, eləcə də dəniz sahili ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası – Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq “Tehran Konvensiyası” kimi də tanınan Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar var.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun