Ermənilər atəşkəsi 124 dəfə pozub

11 августа 2017 [10:40] - YouthPortal.Az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.


Ermənistan ordusu Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm kəndlərində; Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.


İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdamrayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.




 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun