Dəniz kuboku-2017nin qalibi Azərbaycan və Rusiya olub

10 2017 [18:46] - YouthPortal.Az

Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.Iclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın HDQ-nin G-124 gözətçi gəmisi və Rusiya HDD-nın Qrad Sviyajsk kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran HDQ-nin Cövşən raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin Sarıarka raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun