Jara-2017 Beynəlxalq Musiqi Festivalı Rusiyanın Birinci kanalında yayımlanacaq

10 2017 [17:49] - YouthPortal.Az

Avqustun 11-də Rusiyanın Birinci kanalında Moskva vaxtı ilə saat 21:30-da “Jara-2017” festivalının birinci gününün konserti nümayiş etdiriləcək.

Bu barədə məlumat festivalın facebook səhifəsində yer alıb.

Xatırladaq ki, Jara-2017 festivalı iyulun 27-dən 30-dək Bakıda keçirilib. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib.

Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Alessandro Safina, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Filip Kirkorov, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digər tanınmış estrada ulduzlarının iştirak etdikləri bu festival yayın ən qaynar hadisəsi olub.

Festivalının təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, Russkoye radionun və Qızıl qrammofon mükafatının təsisçisi Sergey Kojevnikovdur.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun