Beynəlxalq Gənclər günü münasibəti ilə yeniyetmələr arasında dama üzrə rayon birinciliyi keçirilib

10 2017 [17:16] - YouthPortal.Az

Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən avqustun 9-da Gənclər Mərkəzində 12 Avqust “Beynəlxalq Gənclər günü” münasibəti ilə yeniyetmələr arasında dama üzrə rayon birinciliyi keçirilib. Stolüstü oyunların rayonda təbliği və inkişaf etdirilməsi, həmçinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışda 30-dək yeniyetmə iştirak edib. Birincilik Əsasnamə əsasında iştirakçıların sayına uyğun olaraq olimpiya sistemi üzrə təşkil olunub. Bütün oyunları qələbə ilə başa vuran Ağarəhimov Murad turnirin birincisi olub. Yeniyetmələrdən Kərimov Alim və Əlifov Mirkamil isə yarışda müvafiq olaraq II və III yerləri tutublar. Sonda hər üç yerin sahibi idarə tərəfindən fəxri fərmanlarla təltif ediliblər.








 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun