Millimiz “10-luğ”a düşdü

10 августа 2017 [16:33] - YouthPortal.Az

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Hamburqda keçiriləcək dünya çempionatı ərəfəsində mundiallarda ən çox medal qazanan ölkələrin siyahısını dərc edib.

 Verilən məlumata görə, 1974-cü ildən təşkil olunan və 18 dəfə baş tutan yarışın tarixində ən çox mükafata yiyələnən 10 millinin adı açıqlanıb.

Azərbaycan yığması da bu “10-luq”da yer alıb. Müstəqillik əldə etdikdən sonra mundiallarda çıxış edən komandamız arxada qalan çempionatlarda ümumilikdə 17 medal qazanıb. Bunlardan 5-i qızıl, 4-ü gümüş və 8-i bürüncdür. Millimiz bu göstəricidə dünyanın 10-cusudur.

Cədvələ Kuba başçılıq edir – 128 medal (71 qızıl, 32 gümüş, 25 bürünc). Rusiyanı SSRİ yığmasının varisi kimi tanıyan AİBA onların göstəricisini ümumiləşdirib. Bu səbəbdən də şimal qonşularımız 107 mükafatla (38-32-37) ikincidir. İlk “üçlüy”ü hesabında 41 medal (16-9-16) ABŞ qapayır.

“Onluq”da Qazaxıstan, Bolqarıstan, Rumıniya, İtaliya, Ukrayna və Özbəkistan yığmaları da yer alıblar.

Qeyd edək ki, sayca 19-cu dünya çempionatı avqustun 25-də start götürəcək.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun