Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəliləyib

10 2017 [12:15] - YouthPortal.Az

Milli komandaların FİFA reytinqi açıqlanıb. Siyahıda bir sıra dəyişikliklər olub.

Buna səbəb KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələridi. Azərbaycan millisi bu cədvəldə 79-cu sırada qərarlaşıb. Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var.

Millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib. Buna qonşu pillələrdəki yığmaların mövqe dəyişiklikləri səbəb olub. Komandamız iki ölkəni – Kuraçao ilə Trinidad və Tobaqonu keçib. Lakin yığmamız iki deyil, bir pillə irəliləyib. Çünki Syerra-Leone də bizi arxada qoyub.

Millimiz və “qonşular”ı

75 (72). Honduras 465

76 (83). Syerra-Leone - 448

77 (77). Çin - 447

78 (79). Qətər 433

79 (80). Azərbaycan 427

80 (82). Suriya 423

81 (86). Konqo 413

82 (84). Keniya 412

83 (87). Liviya - 399

83 (78). Trinidad və Tobaqo 399

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Braziliya yenidən zirvəni ələ keçirib. Bundestimin liderliyi cəmi bir ay sürüb. İsveçrə və Polşa Portuqaliyanı arxada qoymağı bacarıb. Fransa isə mövqeyini Belçikaya verib.

İlk onluq

1 (2). Braziliya 1604

2 (1). Almaniya 1549

3 (3). Argentina 1399

4 (5). İsveçrə - 1329

5 (6). Polşa - 1319

6 (4). Portuqaliya 1267

7 (7). Çili 1250

8 (8). Kolumbiya 1208

9 (10). Belçika 1194

10 (9). Fransa 1157

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişib. Almaniya və Şimali İrlandiya 1 pillə geriləyib. Norveç isə 3 addım irəliləyib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

2 (1). Almaniya 1549

23 (22). Şimali İrlandiya - 897

40 (40). Çexiya - 714

85 (88). Norveç - 391

204 (204). San-Marino 12

Qeyd edək ki, qonşu Türkiyə yığması 33-cü yerdə qalıb. Ay-ulduzluların hesabında 779 xal var.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun